Təhsil naziri Orxan və Arturun vəfatından yazdı

XƏBƏR
14:47
24 Oktyabr 2020
127

Təhsil naziri Emin Əmrullayev Ermənistanın müharibə cinayəti nəticəsində daha iki şagirdin vəfat etdiyini açıqlayıb.

Sabah.az xəbər verir ki, E.Əmrullayev bildirib ki, bu gün daha iki şagirdimiz düşmən təcavüzünün qurbanı oldu: “İsmayılzadə Orxan Rəhbər oğlu və Mayakov Artur Vladimir oğlu.

Tərtər rayonu Xoruzlu kənd tam orta məktəbinin 10-cu sinif şagirdi Orxan oktyabrın 24-ü səhər saatlarında Ermənistanın silahlı qüvvələri tərəfindən Tərtər rayonunun Kəbirli kəndinə raket atılması nəticəsində həlak olub.

Digər şagirdimiz Artur oktyabrın 17-də düşmən tərəfindən Gəncə şəhərinə raket atılması nəticəsində xəsarət almışdı. Bu gün stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib. Artur Gəncə şəhəri K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi idi.

Allahdan şagirdlərimizə rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verirəm!”

Xəbər lenti