“Ermənistan tərəfindən atılan “Smerç” yaşayış evinin həyətinə düşüb”

ÖLKƏ
09:05
24 Oktyabr 2020
78

“Ermənistan tərəfindən yaşayış evinin həyətinə atılan “Smerç” raketi. Başqa heç bir şey Ermənistan tərəfindən mülki şəxsləri ayırd etmədən və məqsədyönlü şəkildə atəşə tutulmasının sübutu ola bilməz”.

Sabah.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter səhifəsində yazıb.

“İndi: Ermənistan tərəfindən yeni denalism dalğası başlayacaq”, - deyə Hacıyev əlavə edib.

Qeyd edək ki, düşmən ötən gün Goranboy rayonu Tapqaraqoyunlu kəndinə 9M528 "Smerç" raketini atıb. Raket yaşayış evinin həyətinə düşüb.

Xəbər lenti