Ermənilər 2156 evi, 90 yaşayış binasını dağıdıb
Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycan mülki vətəndaşlarının sayı açıqlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Sabah.az-a verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində 63 mülki şəxs həlak olub, 298 nəfər yaralanıb.
Bundan başqa, 398 mülki obyekt, 2156 yaşayış evi və 90 çoxmənzilli yaşayış binası yararsız hala düşüb.
Daha çox