“Şübhəli əşyalara toxunmayın!” - DİN

ÖLKƏ
10:30
23 Oktyabr 2020
62

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti müraciət yayıb.

Sabah.az həmin müraciəti təqdim edir:

“Ermənistan terror siyasəti yürüdən dövlət olaraq ayrı-ayrı vaxtlarda ölkəmizin ərazisində 30-dan çox terror aktı təşkil edib.

Odur ki, gördüyünüz, rastlaşdığınız şübhəli əşyalara toxunmayın, bu barədə dərhal “102” Xidmətini və ya yaxınlıqda xidmət aparan polis əməkdaşlarını məlumatlandırın.

Düşmənin məkrli olduğunu unutmayaq. Vahid məqsəd uğrunda günbəgün sıxlaşan cərgələrimizlə Qələbə gününü daha da yaxınlaşdıraq. Qarabağ Azərbaycandır!”

Xəbər lenti