Ceyhun Bayramovla Pompeonun görüş saatı açıqlandı

GÜNDƏM
09:49
23 Oktyabr 2020
84

Xəbər verdiyimiz kimi, 23 oktyabrda Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ABŞ-a işgüzar səfər edəcək.

Sabah.az xəbər verir ki, XİN rəhbərinin Vaşinqtonda Dövlət Katibi Mayk Pompeo, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşünün keçirilməsi nəzərdə tutulur.

ABŞ Dövlət Departamentinin Mətbuat xidmətinin məlumatına görə, Pompeonun Ceyhun Bayramovla görüşü saat 09:30-da (Bakı vaxtilə saat 17:30) baş tutacaq.

Qeyd edək ki, Dövlət Katibi Bayramovla görüşdən sonra Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyanla da görüşəcək.

Xəbər lenti