İsgəndər Həmidov vəfat etdi

GÜNDƏM
09:10
26 Fevral 2020
142

Azərbaycanın sabiq Daxili İşlər naziri İsgəndər Həmidov vəfat edib.

Sabah.az xəbər verir ki, bu barədə Tibb elmləri doktoru, professor Adil Qeybulla sosial şəbəkədə məlumat verib.

Qeyd edək ki, yanvar ayının 24-də İsgəndər Həmidovun halı qəflətən pisləşib və o, huşunu itirib. Əvvəlcə Mərkəzi Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən İ.Həmidov sonradan “Bakı City Hospital”a köçürülmüşdü.

Xatırladaq ki, İ.Həmidov 1992-ci il mayın 16-dan 1993-cü il aprelin 16-a qədər Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsində çalışıb.

Xəbər lenti