“Bavariya” darmadağınla başladı, İtaliyada “sülh”

İDMAN
02:12
26 Fevral 2020
87

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları davam edir.

Sabah.az xəbər verir ki, bu gecə daha iki qarşılaşma keçirilib.

İngiltərənin “Çelsi” klubu evdə “Bavariya”nı (Almaniya) qəbul edib. Görüş Münhen təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Digər oyunda isə İspaniya nəhəngi “Barselona” İtaliyada “Napoli”nin qonağı olub. Görüç 1:1 hesablı bərabərliklə başa çatıb.

25 fevral

00:00. “Çelsi” – “Bavariya” - 0:3
Qollar:
Qnabri, 51,54, Levandovski, 76

00:00. “Napoli” – “Barselona” - 1:1
Qollar:
Mertens, 30 (1:0), Qrizmann, 57 (1:1)

Xəbər lenti