Ermənilərin öldürdüyü dinc sakinlərin sayı 63-ə çatdı - 292 yaralı

XƏBƏR
11:42
21 Oktyabr 2020
56

Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycan mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Sabah.az-a verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində 63 mülki şəxs həlak olub, 292 nəfər yaralanıb.

Bundan başqa, 386 mülki obyekt, 1981 yaşayış evi və 90 çoxmənzilli yaşayış binası yararsız hala düşüb.

Xəbər lenti