“Serj Sarkisyan uşaq qatilidir”

GÜNDƏM
11:19
21 Oktyabr 2020
50

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın sabiq prezident Serj Sarkisyanın Böyük Britaniyanın “Independent” nəşrində yayımlanan müsahibəsindəki fikirlərə cavab verib.

Sabah.az xəbər verir ki, H.Hacıyev özünün tvitter hesabında bildirib ki, S.Sarkisyan Azərbaycan üçün hərbi cinayətkar və uşaq qatilidir.

"O, Azərbaycanın mülki şəxslərinin öldürülməsində birbaşa iştirak edib. İndi özünü mələk və sülhsevər kimi təqdim etməyə çalışır. O, Azərbaycan üçün hərbi cinayətkar və uşaq qatilidir”, - deyə H.Hacıyev vurğulayıb.

Xəbər lenti