“Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir” - Mehriban Əliyeva

ÖLKƏ
00:43
26 Fevral 2020
31

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" səhifəsində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar paylaşım edib.

Sabah.az xəbər verir ki, paylaşımda deyilir:

"Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir və yaddaşlarımızdan heç vaxt silinməyəcəkdir. Bu hadisə xalqımızı sarsıtdı, amma iradə və əzmini sındırmadı, bizi bir millət kimi daha sıx birləşdirdi və bu yenilməz birliyimizlə biz haqqın və ədalətin təntənəsinə - Xocalı faciəsinin dünya miqyasında xalqımıza qarşı soyqırımı aktı kimi tanıdılmasına nail oluruq. Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm".

Xəbər lenti