Semyon Peqov Qarabağdan qaçdı

GÜNDƏM
13:00
20 Oktyabr 2020
71

Qarabağda döyüşlər şiddətlənən günlərdən etibarən cəbhədən təxribat xarakterli məlumatlar yayan, ​“WarGonzo”nun jurnalisti Semyon Peqovun Qarabağı tərk etdiyi məlum olub.

Sabah.az xəbər verir ki, jurnalist bu barədə “Wargonzo”nun Teleqram kanalında məlumat verib. O, hazırda Rusiyanın Xabarovsk vilayətində olduğunu bildirib.

Qeyd edək ki, Azərbaycan Baş Prokurorluğu tərəfindən Semyon Peqov barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başladılıb.

Xəbər lenti