Mustafa Şentop Milli Məclisdə çıxış edir - Yenilənib

XƏBƏR
11:21
20 Oktyabr 2020
51

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Milli Məclisin bu gün keçirilən iclasına qatılıb.

Sabah.az xəbər verir ki, TBMM sədri hazırda plenar iclasda çıxış edir.

***

Parlamentin spikeri Sahibə Qafarova çıxış edərək M.Şentop və onun rəhbərlik etdiyi nümayəndə heyətini salamlayıb: “Azərbaycan və Türkiyə həmişə bir-birinə güvənib, güvənir və güvənəcək. Azərbaycan daim Türkiyəni yanında hiss edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Türkiyənin siyasi və hərbi rəhbərliyinin mövqeyi göstərdi ki, Azərbaycan xalqı haqq işi mübarizəsində tək deyil. Mustafa Şentopun Azərbaycanda olması da bunun bariz nümunəsidir”.

Daha sonra M.Şentop çıxış edərək bildirib ki, 1990-cı illərdən etibarən Qarabağ savaşına sahib çıxan Prezident Ərdoğanın bütün Azərbaycana salamını gətirib:

“Türkiyə Böyük Millət Məclisinin qələbəyə qədər birgə hərəkət etmə iradəsini sizə gətirmişəm. Azərbaycanın haqlı davasına və şanlı qələbəsinə dəstək olan fərqli partiyalardan olan millət vəkillərimizlə burdayıq. Bütün millət vəkillərimiz burada olmaq istərdi, inşallah belə bir məclisi torpaqlar işğaldan azad edildikdən sonra Qarabağda keçirək.

Ermənistan hücumlarında həlak olan bütün qardaşlarımızı anırıq, Allahdan rəhmət diləyirik. Əziz Azərbaycan xalqına başsağlığı və səbr diləyirik.

Türkiyə bundan sonra da haqlı davasında can qardaşlarımızın yanında olacaq. Sentyabrın 28-də Türkiyə Böyük Millət Məclisi olaraq Azərbaycanın yanında olduğumuzu bütün dünyaya elan etdik”.

Xəbər lenti