Tovuzda məktəbli özünə xəsarət yetirdi
Tovuz rayonunda 17 yaşlı gənc özünə xəsarət yetirib.
Sabah.az “Report”a istinadən xəbər verir ki, rayon sakini, 2003-cü il təvəllüdlü H.Namazov hər iki biləyini iti alətlə kəsib. O, xəstəxanaya aparılıb və həkimlər tərəfindən tibbi yardım göstərilib.
Hazırda H.Namazovun vəziyyətinin kafi olduğu bildirilir. Onun hansı səbəbdən özünə xəsarət yetirməsi isə hələlik məlum deyil.
Qeyd edək ki, özünə xəsarət yetirən şəxs 11-ci sinif şagirdidir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Daha çox