Azərbaycandakı tibbi maska probleminin səbəbləri

GÜNDƏM
21:24
25 Fevral 2020
96

Son zamanlar dünyada tibbi maskalara tələbat artması fonunda həmin məhsulların qıtlığı yaranıb.

Sabah.az xəbər verir ki, iqtisadçı alim Vüqar Bayramov Trend-ə bildirib ki, ölkəmizə tibbi maskalar xaricdən idxal olunduğundan, istehsalçı ölkələrdə qiymət artımı Azərbaycanda da tibbi maskaların pərakəndə satış qiymətinə təsir edib:

"Aparılan təhlillər göstərir ki, koronavirusla bağlı dünyada tibbi maskalara tələbatın artması hətta qlobal istehsal həcmi ilə uzlaşmır. Digər tərəfdən psixoloji amillər də həm dünyada, həm də ölkəmizdə tələbin kəskin artmasına gətirib çıxarıb".

Vüqar Bayramov deyib ki, aidiyyatı dövlət qurumları fors-major hallara hazırlıqlı olmalı, bu cür vəziyyət üçün rezerv yaratmalıdır. Digər tərəfdən, belə fors-major hallar istisna olunmaqla respiratorlar yüksək istehlak tələbi olan məhsul olmadığından, sahibkarlar üçün gəlirli idxal sahəsi deyil.

İqtisadçı alim təklif edir ki, yerli sahibkarlar dövlət dəstəyi mexanizmlərindən (sənaye zonalarında güzəştlərdən faydalanma, güzəştli kreditlər, investisiya təşviqi sənədinin verilməsi və s.) yararlanaraq bu məhsul istehsalını təşkil edə bilərlər.

Xəbər lenti