XİN-dən ABŞ Dövlət Katibinin açıqlamasına - Reaksiya

XƏBƏR
15:30
16 Oktyabr 2020
117

“Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Maykl Pompeo bu ilin 15 oktyabr tarixində “WSB Atlanta” televiziya kanalında Erik Erikson Şou verilişində səsləndirdiyi fikirlər sırasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Azərbaycan tərəfi hesab edir ki, ABŞ Dövlət Katibinin fikirləri ABŞ Hökuməti tərəfindən münaqişə ilə bağlı bundan öncə edilmiş çoxsaylı rəsmi bəyanatlara uyğun deyil”.

Sabah.az xəbər verir ki, bu barədə XİN-dən verilən məlumatda bildirilir.

“Bu fikirlər, həmçinin ABŞ-ın ATƏT-in Minsk Qrupunun həm-sədr ölkələrindən biri kimi statusuna uyğun gəlmir”, - deyə açıqlamada vurğulanıb.

Xəbər lenti