Avroliqa oyunu da koronavirusa “ilişdi”

İDMAN
20:38
25 Fevral 2020
129
UEFA Avropa Liqasının 1/16 final mərhələsinin “İnter” (İtaliya) – “Ludoqorets” (Bolqarıstan) cavab matçı azarkeşsiz oynanılacaq.
 
Sabah.az xəbər verir ki, bu barədə Milan klubunun rəsmi saytı məlumat yayıb. Buna səbəb isə koronavirus epidemiyasıdır.
 
Qeyd edək ki, ilk görüş “İnter”in 2:0 hesablı qələbəsi ilə başa çatıb. Komandaların cavab matçı fevralın 27-də Milandakı “Cüzeppe Meatsa” stadionunda keçiriləcək.

Xəbər lenti