“Nə dərəcədə insaniyyətdən kənar olmalısan ki, qəbiristanlığı atəşə tutasan?”

ÖLKƏ
08:14
16 Oktyabr 2020
189

"Nə dərəcədə insaniyyətdən kənar, rəhmsiz və mənəvi tənəzzülə uğramış olmalısan ki, dəfn mərasimi zamanı qəbiristanlığı qəsdən atəşə tutasan?".

Sabah.az xəbər verir ki, bu sözləri Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində yazıb. Birinci xanım Tərtərdə erməni təxribatı nəticəsində baş verən hadisə zamanı ölənlərin ailələrinə başsağlığı verib:

"Dünya ictimaiyyətini Ermənistanın müharibə cinayətlərini qınamağa çağırıram. Həlak olanların ailələrinə və doğmalarına başsağlığı verirəm. Allah rəhmət eləsin".

Xəbər lenti