Müdafiə Nazirliyi Ermənistanın yaydığı məlumatı təkzib etdi

ÖLKƏ
16:25
15 Oktyabr 2020
101

“Ermənistanın Azərbaycan HHQ-nin Su-25 təyyarəsinin vurulması barədə yaydığı xəbər dezinformasiyadır”

Sabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Ermənistan KİV-nin Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsinin vurulması barədə yaydığı məlumat yalandır və düşmən tərəfinin növbəti dezinformasiyasıdır.

Rəsmi olaraq bildiririk ki, oktyabrın 15-də Azərbaycan HHQ-nin döyüş aviasiya vasitələri tətbiq edilməyib və heç bir Su-25 döyüş təyyarəsi havaya qaldırılmayıb.

Xəbər lenti