"Ermənilər Tərtərdə qəbiristanlığı atəşə tutub, 3 mülki şəxs həlak olub"
Ermənistan Silahlı Qüvvələrinin Tərtərə hücumu nəticəsində 3 azərbaycanlı mülki şəxs həlak olub.
Sabah.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Hikmət Hacıyev tvitterdə bildirib.
O qeyd edib ki, Ermənistan Silahlı Qüvvələrinin Tərtərdəki qəbiristanlığı hücumu nəticəsində 3 mülki şəxs həlalk olub. 3 nəfər isə yaralanıb.
"Ermənistan humanitar atəşkəsin arxasında gizlənərək dinc insanlara qarşı terror siyasəti yürüdür. Azərbaycan öz mülki şəxslərini qorumaq üçün suveren hüququnu özündə saxlayır", - deyə Hikmət Hacıyev qeyd edib.
Daha çox