Ermənilərin öldürdüyü mülki şəxslərin sayı 43-ə çatdı - 218 yaralı

ÖLKƏ
12:46
15 Oktyabr 2020
42

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycanın ölən və yaralanan mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Sabah.az-a verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 43 mülki şəxs həlak olub, 218 nəfər yaralanıb.

Bundan başqa, 290 mülki obyekt, 79 hündürmərtəbəli bina və 1 592 yaşayış evi yarasız hala düşüb.

Xəbər lenti