Daha bir dinc sakin yaralandı
Azərbaycanın Tərtər, Ağcabədi və Ağdam bölgələri Ermənistan tərəfindən atəşə tutulur.
Sabah.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev öz tvitter hesabında məlumat verib.
“Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi açıq şəkildə pozaraq Tərtər, Ağcabədi, Ağdam və digər bölgələrimizi atəşə tutmağa davam edir. Bir mülki şəxs yaralanıb”,- deyə Prezidentin köməkçisi qeyd edib.
Daha çox