“Tərtər erməni nasizminə qarşı Azərbaycanın Stalinqradıdır”
Ermənistanın humanitar atəşkəslə bağlı “öhdəliyi” tamamilə riyakarlıqdır.
Sabah.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə bildirib.
“Səhər saatlarından etibarən Tərtər şəhəri ağır artilleriya hücumuna məruz qalır. Tərtər rayonuna və onun kəndlərinə 100-dən çox top mərmisi düşüb, nəticədə 6 mülki şəxs yaralanıb, bir nəfər həlak olub. Tərtər erməni nasizminə qarşı Azərbaycanın Stalinqradıdır”, - deyə H.Hacıyev qeyd edib.
Daha çox