Ermənilər AzTV-nin maşınını vurdu, sürücü yaralandı - Fotolar

ÖLKƏ
10:15
14 Oktyabr 2020
212

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini pozaraq yaşayış məntəqələrini hədəf almaqda davam edir.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, düşmənin atdığı mərmilərdən biri Tərtərdə çəkiliş aparan AzTV-nin əməkdaşlarının olduğu avtomobilin yaxınlığına düşüb.

İlkin məlumata görə, avtomobilin sürücüsü Namiq Qənbərov xəsarət alıb. Maşına isə ciddi ziyan dəyib.

Xəbər lenti