Hikmət Babaoğlunun dairəsindən şikayət - 10 məntəqə ləğv edildi
Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında 19 saylı Nərimanov birinci seçki dairəsindən namizəd İsa Qəmbər və digərlərinin müraciətinə baxılıb.
Sabah.az xəbər verir ki, müraciətdə seçki günü qanun pozuntularına yol verildiyini bildirib.
MSK üzvü İlham Məmmədovun sözlərinə görə, MSK tərəfindən aparılan geniş araşdırma zamanı iddia edilən pozuntuları yalnız 1, 2, 4, 13, 19, 21, 22, 29, 30 və 34 saylı seçki məntəqələri öz əksini tapıb. İ.Məmmədov həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsini təklif edib. Təklif səsə qoyulub və qəbul edilib.
Qeyd edək ki, fevralın 9-da Milli Məclisə keçirilən seçkilərin ilkin nəticələrinə əsasən, sözügedən dairənin lideri Hikmət Babaoğludur (Məmmədov).
Daha çox