Erməni təxribatı nəticəsində 42 mülki şəxs ölüb - 206 nəfər yaralanıb

HADİSƏ
12:23
13 Oktyabr 2020
383

Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Sabah.az-a verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində 42 mülki şəxs həlak olub, 206 nəfər yaralanıb.

Bundan başqa, 241 mülki obyekt, 1479 yaşayış evi və 66 çoxmənzilli yaşayış binası yarasız hala düşüb.

Xəbər lenti