Vilayət Eyvazov icra başçısının qardaşına vəzifə verdi
Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.
Sabah.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Zəfər Abıyev Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsində şöbə müdirinin müavini vəzifəsinə təyin olunub.
DİN-in Mətbuat Xidməti faktı təsdiqləyib.
Z.Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin qardaşıdır.
Daha çox