“Avro-2020”ni birgə izləyəcəyik” - Ərdoğan Bakıda açıqladı

İDMAN
18:20
25 Fevral 2020
38

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin milli komandasının Bakıda keçirəcəyi Avropa çempionatının oyunlarını canlı izləyəcək.

Sabah.az xəbər verir ki, dövlət başçısı bu haqda bu gün Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında bildirib. Türkiyə Prezidenti bu oyunları birgə izləyəcəklərini söyləyib.

Xatırladaq ki, Türkiyə milli komandası “Avro-2020”nin iki qrup oyununu Bakı Olimpiya Stadionunda keçirəcək. İlk oyun iyunun 17-si Uels, növbəti matç isə iyunun 21-də İsveçrəyə qarşı olacaq.

Xəbər lenti