“Ermənistan sülhdən danışıb terror aktı həyata keçirir”
“Ermənistan bir tərəfdən sülhdən danışır, digər tərəfdən isə terror aktı həyata keçirir. Biz bunu terror kimi, soyqırımı aktı kimi qiymətləndiririk”.
Sabah.az xəbər verir ki, bunu Gəncə Şəhər Prokurorluğunda keçirilən brifinqdə Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib.
O qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı əsasında Baş Prokurorla birgə Gəncə şəhərinə gəliblər. Məqsəd hadisə yerində vəziyyətlə tanış olmaq, sakinlərin qayğılarını dinləmək və bu cinayətlə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmaqdır:
“Ermənistan rəhbərliyi tərəfindən belə bir alçaq, şərəfsiz əmələ əl atılıb. Azərbaycanın ikinci böyük şəhəri Gəncə şəhərinə gecə saatlarında “Toçka U” raketi atılıb. Ermənistan bir tərəfdən sülhdən danışır, digər tərəfdən isə terror aktı həyata keçirir. Bu, həm hərbi, həm də müharibə cinayətidir. Bunun arxasında Ermənistanın siyasi-hərbi rəhbərliyi durur. Onlar döyüş meydanında öz uğursuzluqlarını kompensasiya etmək üçün bu cür şərəfsiz və cəsarətsiz addımlara əl atırlar”.
H.Hacıyev bildirib ki, bu cinayətə görə 9 nəfər mülki insan həlak olub: “Baş verən hadisələr Ermənistanın xislətini bir daha göstərir. Bütün məlumatlar toplanacaq və Ermənistanın əsl mahiyyəti beynəlxalq medianın da diqqətinə çatdırılacaq. Biz beynəlxalq ictimaiyyəti bunu qəti şəkildə pisləməyə çağırırıq”.
Daha çox