Koronavirusla bağlı səs yazısı yayanlar danışdı - Video

ÖLKƏ
17:44
25 Fevral 2020
176

Son günlər sosial şəbəkələrdə Lənkəran şəhərində koronavirusa yoluxmuş şəxslərin olduğu barədə yayılan səs yazısı cənub bölgəsində, eləcə də bütün ölkədə narahatlıq yaradıb.

Sabah.az xəbər verir ki, REAL TV-nin əməkdaşları məsələni araşdırmaq üçün Lənkəran şəhərində olub.

Səsləri sosial şəbəkələrdə yayılan Lənkəran Şəhər sakini Seymur Fətullayev və Şəhər Mərkəzi Xəstəxanasının həkimi Fərid Rüstəmov bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. Onlar öz aralarında zarafat ediblər və bu ciddiyə alınaraq sosial şəbəkələrdə yayılmağa başlayıb.

Lənkəran Şəhər Mərkəzi Xəstəxanasının baş həkiminin müavini də həmçinin bildirib ki, koronavirusla bağlı xəstəxanaya müraciət qeydə alınmayıb.

Xəbər lenti