Hikmət Hacıyevlə Kamran Əliyev Gəncədə - Fotolar

ÖLKƏ
13:35
11 Oktyabr 2020
440

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, Baş Prokuror Kamran Əliyev və digər dövlət rəsmiləri Gəncə şəhərinə səfər edib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, rəsmilər oktyabrın 11-i saat 02.00-da Ermənistanın Gəncə şəhərində raket zərbəsi endirdiyi ərazidə olub, vəziyyətlə yerində tanış olublar.

H.Hacıyev və K.Əliyev hadisə və Ermənistanın dövlət terroru barədə yerli və xarici mətbuat nümayəndələrinə açıqlama veriblər.

Xəbər lenti