Polis qardaşı tərəfindən niyə qətlə yetirilib? - Təfərrüat
Bakıda polisin ölümü ilə bağlı bəzi detallar məlum olub.
Sabah.az Lent.az-a istinadən xəbər verir ki, hadisə dünən saat 20 radələrində Nərimanov rayonunda, 19-cu Polis Şöbəsinin yaxınlığındakı yaşayış binasında baş verib. Belə ki, kiçik qardaş Araz Ramazanov aralarında yaranan mübahisə zamanı qardaşı, polis əməkdaşı olan Anar Ramazanovu bıçaqla qorxudub. Ancaq ehtiyatsızlıqdan bıçaq onun ürək nahiyəsinə dəyib. Çağırılan təcili tibbi yardım briqadası zərərçəkmişin vəziyyəti ilə bağlı ilkin yardım etməkdən çəkiniblər və o, 5 nömrəli şəhər xəstəxanasına aparılıb. Hadisə baş verən zaman iki qardaşdan əlavə onların anası da evdə olub.
Qeyd edək ki, mərhumun valideynlərinin vəzifəli şəxslər olduğu bildirilir. Qətl hadisəsinin dəqiq baş vermə səbəbi isə hələ ki, məlum deyil.
Daha çox