"Ermənistanı dayandırmaq lazımdır” - Hikmət Hacıyev

GÜNDƏM
10:45
11 Oktyabr 2020
270

"Ermənistanın dövlət səviyyəsində terror siyasəti davam edir".

Sabah.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter hesabında yazıb.

O bildirib ki, Ermənistanın cəzasız qalması onu daha çox müharibə cinayətlərinə sövq edir: “Humanitar atəşkəsi pozan Ermənistan Gəncənin sıx məskunlaşdığı yaşayış hissəsini nizamsız atəşə tutdu. Ermənistanı dayandırmaq lazımdır”.

Xəbər lenti