Gəncədə ölənlərin sayı 7-ni keçdi

GÜNDƏM
09:52
11 Oktyabr 2020
186

“Gecə yarısı Gəncə şəhəri Ermənistanın raket hücumuna məruz qalıb. 3 yaşayış binası dağıdılıb”.

Sabah.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev tvitterdə yazıb.

O qeyd edib ki, indiyə olan məlumata görə, qadınlar da daxil olmaqla 7-dən çox mülki şəxs öldürülüb: “Uşaqlar da daxil olmaqla 33 mülki şəxs ağır yaralanıb. Ermənistan azərbaycanlı mülki insanlara hücum etmək üçün humanitar atəşkəsin arxasında gizlənir”.

Xəbər lenti