MN düşmənin Hadrut və Cəbrayıla hücumu ilə bağlı məlumat yaydı

ÖLKƏ
09:46
11 Oktyabr 2020
148

Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri itirdikləri mövqeləri geri qaytarmaq məqsədilə canlı qüvvə və döyüş texnikasını cəmləşdirərək yenidən kiçik qruplarla cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib.

Sabah.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, gecə ərzində düşmənə atəş zərbəsi vurulmaqla onun bütün hücum cəhdlərinin qarşısı alınıb.

Xəbər lenti