“Bütün ölkələri bu vəziyyətdən kənar qalmağa çağırmışam”

XƏBƏR
23:51
9 Oktyabr 2020
260

“Mən bütün ölkələri bu vəziyyətdən kənar qalmağa çağırmışam. Bu, bizim Ermənistanla ikitərəfli məsələmizdir. Vasitəçilər var, onların mandatı var. Onların mandatı yerdə müdaxilə etmək deyil. Onların mandatı həll yolunu tapmaq üçün şərait yaratmaqdır. Əminəm ki, onlar mandatları çərçivəsində davam edəcəklər”.

Sabah.az xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri “CNN International” televiziyasına müsahibəsində aparıcının “Əgər Siz dayanmasanız və onlar dayanmasa, sonra nə olacaq? Bu, bir çoxlarının daha genişmiqyaslı regional müharibəyə çevriləcəyi ilə bağlı narahat olduğu münaqişəni haraya aparacaq” sualına cavabında səsləndirib.

Azərbaycan Prezidenti Ermənistanın bu münaqişəni beynəlmiləlləşdirmək cəhdinin çox səmərəsiz, destruktiv və bir çox ölkələr üçün təhlükəli olduğunu vurğulayaraq deyib: “Ermənistan başa düşməlidir ki, işğal əbədi olaraq davam edə bilməz. Status-kvo dəyişdirilməlidir. Yeri gəlmişkən, prezidentlər, Fransanın sabiq prezidentləri, ABŞ-ın sabiq prezidentləri və Rusiya Prezidenti hamısı vəzifədə olarkən bəyanat vermişdilər ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Mən bunu dəstəkləyirəm, Ermənistan isə buna qarşı çıxır”.

Xəbər lenti