“Paşinyan uçduğu göylərdən yerə qayıtsa, danışıqlara hazırıq”
"Biz sülh danışıqlarının tərəfdarıyıq. Azərbaycan danışıqlar masasında konstruktiv tərəfdaşdır. Biz düşünürük ki, ABŞ, Rusiya və Fransa tərəfindən işlənib hazırlanmış prinsiplər həll üçün əsas olmalıdır. Ermənistanın baş naziri bunları rədd edir. O dedi ki, “Qarabağ Ermənistandır”. Bu, danışıqları mənasız edir. Siz necə “Qarabağ Ermənistandır” deyə və əraziləri geri qaytarmaqla bağlı danışıqlar apara bilərsiniz? O dedi ki, Azərbaycan Ermənistanla deyil, Dağlıq Qarabağla danışıqlar aparmalıdır. Bu, formatın dəyişməsidir. Əgər Ermənistanın baş naziri uçduğu göylərdən yerə qayıtsa, biz danışıqlara hazırıq".
Sabah.az xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri “CNN International” televiziyasına müsahibəsində Azərbaycanın danışıqlarla bağlı mövqeyini şərh edərkən bildirib.
“Atəşi başlayan ilk olaraq dayanmalıdır və biz də danışıqlar masasına qayıtmaq üçün eynisini edərik. Paşinyan rejimi danışıqları pozmaq üçün əlindən gələni etdi. Onlar bu bəyanatı verdilər, onlar iyulda bizə hücum etdilər, avqustda bizə hücum etdilər, sentyabrda bizə hücum etdilər. Onlar danışıqları pozmaq üçün hər şeyi edir. Biz hazırıq, onlar isə yox”, - deyə Azərbaycan Prezidenti qeyd edib.
Daha çox