Hüsnü Mübarək öldü
Misirin sabiq prezidenti Hüsnü Mübarək ölüb.
Sabah.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Sabiq prezidentin 91 yaşında vəfat etdiyi bildirilir.
Qeyd edək ki, Hüsnü Mübarək 1981-2011-ci illərdə Misirin prezidenti olub. 2011-ci ildə kütləvi etirazlar nəticəsində istefa verib. Hüsnü Mübarək 2012-ci ildə ömürlük həbs cəzası alıb. O, yüzlərlə insanın qətlində təqsirli bilinib. 2017-ci ildə Misirin Ali Məhkəməsi keçmiş dövlət başçısına bəraət verib.
Daha çox