Ermənilər Xankəndidən hərbi hissələrinin şəxsi heyətini təxliyə edir

GÜNDƏM
10:07
9 Oktyabr 2020
210

Müdafiə Nazirliyi oktyabrın 8-i günün ikinci yarısından başlayaraq 9-u səhərədək və gecə ərzində davam edən bütün cəbhə boyu gərgin döyüşlərlə bağlı məlumat yayıb.

Sabah.az xəbər verir ki, məlumatda qeyd olunur ki, Azərbaycan Ordusunun Xankəndi şəhərinə endirdiyi atəş zərbələrindən ağır itkilərə məruz qalan Ermənistan silahlı qüvvələrinin burada yerləşən hərbi hissələrinin şəxsi heyəti təxliyə edilir.

Xankəndidə yerləşən hərbi hissələrdən birinin sığınacağına endirilən artilleriya atəşi nəticəsində xeyli sayda hərbi qulluqçu məhv edilib və yaralanıb.

Xəbər lenti