"Ordumuz azad edilmiş torpaqlardan bir addım belə geri çəkilməyib"

ÖLKƏ
18:58
8 Oktyabr 2020
436

"Ordumuz əks-hücum əməliyyatı başlayandan bu günədək işğaldan azad edilmiş torpaqlardan bir addım belə geri çəkilməyib”.

Sabah.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Anar Eyvazov keçirilən brifinqdə deyib.

O bildirib ki, ordumuz düşmənə adekvat tədbir görür: “Azərbaycan Ordusunun atəş zərbələri endirdiyi bütün hədəflər beynəlxalq hüquqa uyğun olaraq legitim xarakter daşıyır. Ordumuz əks-hücum əməliyyatı başlayandan bu günədək işğaldan azad edilmiş torpaqlardan bir addım belə geri çəkilməyib. Əksinə, əməliyyat planına uyğun bütün tədbirlər fasiləsiz davam etdirilir. İstiqamət Qarabağdır. Qələbə bizimlədir”.

Xəbər lenti