Şuşada kilsənin dağıdılmasının Azərbaycan Ordusu ilə heç bir əlaqəsi yoxdur
16:49
8 Oktyabr 2020
412Şuşa şəhərində kilsənin zərər çəkməsi barədə məlumatın Azərbaycan Ordusunun döyüş fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur.
Sabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Oktyabrın 4-də Gəncəni atəşə tutarkən şəhərdəki mülki obyektlər, yaşayış binaları, o cümlədən dini memarlıq abidəsi olan İmamzadə kompleksinə ziyan yetirən Ermənistan silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan Ordusu tarixi, mədəni, xüsusilə də dini tikililər və abidələri hədəfə almır.
Daha çox