Hikmət Hacıyev məhv edilmiş dronunun fotolarını paylaşdı

GÜNDƏM
10:57
8 Oktyabr 2020
543

“Ermənistanın kamikadze dronu Azərbaycanın hava hücumundan müdafiə qüvvələri tərəfindən uğurla məhv edilib”.

Sabah.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitter hesabındakı paylaşımında bildirib.

H.Hacıyev bildirib ki, kamikadze dron mülki obyektlərin ətrafında hərəkət edib, kamikadze dronun məhv edilməsi nəticəsində daha çox mülki şəxsin həyatı xilas edilib.

“Ermənistanın dövlət terroru davam edir. Sülhə vadar etmə missiyası Ermənistanı dayandırmağa davam etməlidir”, - deyə Prezidentin köməkçisi qeyd edib.

Xəbər lenti