Ceyhun Bayramov Cenevrəyə gedəcək
Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov 8 oktyabr 2020-ci il tarixində Cenevrəyə işgüzar səfərlə yola düşəcək.
XİN-dən Sabah.az-a verilən məlumata görə, səfərin məqsədi ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşmək və münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyini qarşı tərəfin diqqətinə çatdırmaqdır.
Daha çox