Ermənilərin Bakı-Tbilisi-Ceyhan neft kəmərini hədəf almasına - XİN-dən reaksiya

ÖLKƏ
08:54
7 Oktyabr 2020
159

“Ermənistan silahlı qüvvələri Yevlax rayonunda Bakı-Tbilisi-Ceyhan neft kəmərini vurmağa cəhd göstərib”.

Sabah.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin tvitter hesabında bildirilir.

"Artıq erməni siyasi rəhbərliyinin bölgədə yaratdığı təhlükəsizlik risklərinə laqeydlik göstərilməməlidir", - paylaşımda deyilir.

Qeyd edək ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə işğalçı ölkənin silahlı qüvvələri 06.10.2020-ci il tarixdə saat 21 radələrində regionun ən böyük strateji layihəsi, Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan Bakı-Tbilisi-Ceyhan neft kəmərini hədəfə almaqla kəmərin Yevlax rayon ərazisindən keçən hissəsinə raket zərbələri endirsə də, Ordumuzun qətiyyətli tədbirləri nəticəsində həmin terror cəhdinin qarşısı alınıb.

Xəbər lenti