Hikmət Hacıyev Bakı-Tbilisi-Ceyhan boru kəmərinə atılan raketdən yazdı

GÜNDƏM
08:45
7 Oktyabr 2020
191

Ermənistan Bakı-Tbilisi-Ceyhan boru kəmərinə kaset tipli raketlər atıb.

Sabah.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Tvitter hesabında paylaşım edib.

O bildirib ki, raket boru kəmərindən 10 metr aralı düşüb. “300+” kaset tipli bombaların qəlpələri isə ətrafa yayılıb, kəmərə ziyan dəyməyib.

"ANAMA hadisə yerində fəaliyyət göstərir. Ermənistanın enerji infrastrukturuna hücum cəhdləri boşa çıxıb”, - deyə H.Hacıyev paylaşımında yazıb.

Xəbər lenti