Müdafiə Nazirliyi adına saxta tvitter hesabı açılıb
Ermənistan tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi adına saxta tvitter hesabı açılıb.
Sabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər:
“Vətəndaşları, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini həmin profilə istinad etməməyə və bu https://twitter.com/ModAzerbaijan saxta hesabının bağlanılması üçün şikayət etməyə çağırırıq.
Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi tvitter hesabı bu linkdədir: https://twitter.com/wwwmodgovaz".
Daha çox