Müdafiə naziri orduya düşmənə böyük zərbələr endirməyi əmr etdi

GÜNDƏM
15:28
6 Oktyabr 2020
387

Azərbaycan qoşunlarına azad olunmuş ərazilərdə həyati əhəmiyyətli və ilkin zəruri tədbirlərin görülməsinə dair göstəriş verilib.

Sabah.az xəbər verir ki, göstərişi bu gün keçirilən xüsusi xidməti müşavirədə Müdafiə naziri general-polkovnik Zakir Həsənov verib.

O, Azərbaycan Ordusuna arsenalındakı yüksək dəqiqlikli və böyük dağıdıcı qüvvəyə malik silah növlərini tətbiq etməklə düşmən tərəfinin hərbi-strateji infrastrukturuna böyük zərbələr endirməyi planlaşdırmağı əmr edib.

Xəbər lenti