Əfqanıstan XİN rəhbəri Azərbaycanı dəstəklədi
Bu gün Xarici İşlər naziri Ceyhun Bayramov və Əfqanıstanın Xarici İşlər naziri Məhəmməd Hənif Atmar arasında telefon danışığı baş tutub.
XİN-dən Sabah.az-a verilən məlumata görə, nazir Məhəmməd Hənif Atmar bölgədə yaşanan gərginlikdən narahatlıq ifadə edib və Əfqanıstanın Azərbaycana dəstəyini bir daha qeyd edib.
Nazir Ceyhun Bayramov qardaş Əfqanıstan tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə verilən dəstəyi yüksək qiymətləndirib və bu xüsusda, Əfqanıstan Milli Şurasının bəyanatlarına istinad edib.
Ceyhun Bayramov həmkarına bölgədəki son gərginliklə bağlı, xüsusilə Ermənistan tərəfindən Azərbaycanın mülki şəxslərinin və infrastrukturunun məqsədli şəkildə hədəfə alınması barədə məlumat verib. Ermənistan silahlı qüvvələri tərəfindən təmas xəttindən uzaq yerləşən Azərbaycan şəhərlərini məqsədyönlü şəkildə atəşə tutulması nəticəsində mülki əhali arasında itkilərlər və mülki infrastruktura dəymiş ziyan vurğulandı. Nazir bildirib ki, regionda sülh və təhlükəsizliyin təmin edilməsi üçün beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət olunması, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi zəruridir.
Daha çox