Çavuşoğlu bu gün Bakıya gəlir

ÖLKƏ
10:15
6 Oktyabr 2020
216

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfərə yola düşüb.

Sabah.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Səfər çərçivəsində Türkiyə XİN başçısının Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla görüşləri nəzərdə tutulub.

Görüşlər zamanı Dağlıq Qarabağdakı son vəziyyətlə bağlı fikir mübadiləsi aparılacaq, regional və beynəlxalq məsələlər müzakirə ediləcək

Xəbər lenti