Azərbaycanlı iş adamına silahlı hücum - Video+Fotolar

XƏBƏR
11:58
25 Fevral 2020
41

Fevral-ın 24-də Ukraynanın Dnepr şəhərində atışma baş verib.

Sabah.az REAL TV-yə istinadən xəbər verir ki, naməlum şəxslər azərbaycanlı iş adamı Elton Vahidova və onun yaxınlarına hücum edib.

Atışma bir neçə dəqiqə davam etdikdən sonra, naməlum şəxslər hadisə yerindən "Toyota" markalı avtomobil ilə qaçıblar. Hadisə zamanı 2 nəfər ayağından, 1 nəfər isə boğazından yaralanıb. Yaralananların Elton Vahidovun qohumları olduğu bildirilir.

Dnepr şəhərində "Sirena" əməliyyat-axtarış planı elan olunub. İş adamına hücüm edən şəxslər həbs edilsə də, onların adları hələlik açıqlanmır.

Xəbər lenti