Məşhur aktyor bu klubu almaq istəyir

İDMAN
10:47
25 Fevral 2020
57

Məşhur amerikalı aktyor Corc Kluni İspaniya ikinci divizionunda çıxış edən "Malaqa"nın səhmlərini ala bilər.

Sabah.az xəbər verir ki, bu barədə "A Bola" nəşri məlumat yayıb. Bildirilir ki, Kluni ilə əlaqəli olan şəxslər səhmlərin alınması ilə maraqlanıb. Tərəflər arasında danışıqların təfərrüatları açıqlanmayıb.

Maliyyə problemləri olan "Malaqa"nı hazırkı sahibi Abdullah Əl-Taninim klubu 100 milyon avroya satmağı düşündüyü bildirilib.

Qeyd edək ki, "Malaqa" hazırda İspaniya sequndasında  29 turdan sonra 37 xalla 14-cü pillədə qərarlaşıb.

Xəbər lenti